Fev 15, 2018 23:37 Asia/Baku
  • Türkiyədə 40 nəfər saxlanılıb
    Türkiyədə 40 nəfər saxlanılıb

Türkiyə polisi 2016-cı il 15 iyul uğursuz hərbi çevrilişdə ittiham olunan 40 nəfəri saxlayıb.

Anadolu İnformasiya Agentliyinin verdiyi məlumata görə, Türkiyənin 15 vilayəti, o cümlədən Ankara, İstanbul və Diyarbəkirdə keçirilən təhlükəsizlik əməliyyatında FETÖ ilə əlaqədar 40 nəfər saxlanılıb. 

2016-cı il uğursuz iyul çevrilişindən sonra Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə indiyə qədər 50 mindən çox şəxs saxlanılıb və təxminən 150 min nəfər işindən kənarlaşdırılıb. 

Daily Sabah qəzetinin yazdığına görə, Türkiyə polisi həmçinin Eskişəhirdə İŞİD terror qruplaşmasına üzv olmaqda şübhəli bilinən 6 nəfəri saxlayıb. 

Teqlər