Fev 21, 2018 09:23 Asia/Baku
  • Ərdoğan Afrin şəhərinin mühasirəyə alınmasını vurğulayıb

Türkiyə prezidenti bu ölkə ordusu qüvvələrinin Suriyanın şimalında Afrin şəhərini mühasirəyə almasını vurğulayıb.

İRİB-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı günü Türkiyə parlamentində Ədalət və İnkişaf Partiyasının iclasında deyib: Zeytun Budağı əməliyyatının davam etməsi ilə gələn günlərdə Afrin şəhərinin mühasirəyə alınmasına başlanacaq.

Türkiyə prezidenti əlavə edib: Suriyanın şimalında Afrində Zeytun Budağı əməliyyatı başladıqdan bəri 1715 terrorçu öldürülüb və Afrin şəhərinin 79 bölgəsi terror ünsürlərindən təmizlənib.

Ərdoğan Zeytun Budağı əməliyyatının ötən 32 günündə həlak olan türkiyəli hərbçilərin sayını 30-dan çox elan edib və bildirib: Təmizlənən bölgələr tam şəkildə Türkiyə qüvvələrinin nəzarətindədir.

Türkiyə ordusu ölkə sərhədlərində təhlükəsizliyi gücləndirmək məqsədilə 20 yanvar 2018-ci ildən Suriyanın Afrin bölgəsində Zeytun Budağı əməliyyatına başlayıb.

Rəsmi Dəməşq bu hücumları Suriya ərazisinə açıq-aşkar təcavüz adlandırıb və onu pisləyib.

Teqlər