Fev 23, 2018 11:45 Asia/Baku
  • Türkiyə Hollandiya parlamentinin qərarını pisləyib
    Türkiyə Hollandiya parlamentinin qərarını pisləyib

Türkiyənin xarici işlər nazirliyi bir bəyanatda vurğulayıb: Biz Hollandiya parlamentinin 1915-ci il hadisələrinin "soyqırım" adlandırılması barədə qəbul etdiyi qərarı şiddətlə pisləyirik.

Türkiyə dünən Hollandiya parlamentinin təqribən bir əsr bundan öncə, Osmanlı imperiyası dövründə baş vermiş 1915-ci il hadisələrinin soyqırım adlandırılması barədə qəbul etdiyi qərarı şiddətlə pisləyibdir.
Bu qərar Türkiyə və Hollandiya arasındakı gərginliyin şiddətlənməsinə gətirib çıxarıb.

Türkiyənin xarici işlər nazirliyi bir bəyanatda vurğulayıb: Biz Hollandiya parlamentinin 1915-ci il hadisələrinin soyqırım adlandırılması barədə qəbul etdiyi qərarı şiddətlə pisləyirik.

Hollandiya parlamentinin üzvləri 142 lehinə və üç əleyhinə səslə həmin qərarı qəbul ediblər.

Hollandiya parlamentinin aşağı palatası həmçinin aprelin 24-də erməni qırğınının ildönümü mərasimində iştirak etmək üçün bir dövlət nümayəndəsini Ermənistan paytaxtına göndərməklə razılaşıbdır. 

Hollandiya parlamenti üzvlərinin qərarından irəli gələn gərginliyin şiddətlənməsinin nişanələrindən biri budur ki, Ankara Bosniyadakı Serbrenitsa qırğınını Hollandiyaya aid edibdir.

Hollandiya hökuməti müəyyən qədər 350 müsəlmanın öldürülməsini etiraf edibdir. 

Türkiyənin xarici işlər nazirliyi bildirib: Serbrenitsa soyqırımına göz yummuş bir ölkənin parlamentinin əsassız qərarlarına tarixdə yer yoxdur. Bu nazirlik həmçinin bildirib ki, Hollandiya dövlətinin parlamentdə qəbul olunmuş layihədən uzaq durmaq üzrə addımını nəzərə alacaq. Hollandiya-Türkiyə əlaqələri Amsterdamın fevralın əvvəllərində öz səfirini Ankaradan geri çağırmasından və Türkiyə nümayəndələrini öz torpağında qəbul etməkdən çəkinməsindən sonra özünün ən aşağı həddinə enibdir.

Teqlər