Mart 02, 2018 17:16 Asia/Baku
  • Türkiyə prokurorluğu azı 150 nəfərin həbsinə order verdi
    Türkiyə prokurorluğu azı 150 nəfərin həbsinə order verdi

Türkiyənin Baş Prokurorluğu 2016-cı il uğursuz dövlət çevrilişində əlinin olmasında suçlanan FETÖ qrupu ilə əməkdaşlıq etməkdə ittiham edilən 154 nəfərin, o cümlədən bir qrup hərbçinin həbsinə order verib.

Röyters İnformasiya Agentliyinin məlumatına görə,Türkiyə Baş Prokurorluğu cümə günü bu xəbəri bildirərək həbs olunanlar arasında 66 müəllimin də olduğunu elan edib. 

Başqa bir məlumata görə, Türkiyə polisi ölkənin beş vilayətində hərbi dəniz qoşunlarının 16 zabitinin həbsi üçün əməliyyata başlayıb. Bu zabitlərin 7 nəfəri hələ də hərbi dəniz qoşunlarında fəaliyyət göstərir və 9 nəfəri isə öncədən vəzifədən kənarlaşdırılıb. 

2016-cı il uğursuz dövlət çevrilişindən sonra indiyə qədər 50 mindən çox şəxs FETÖ qrupu ilə əlaqədə olmaq ittihamı ilə saxlanılıb və dövlət idarələrində çalışan təxminən 150 min nəfər vəzifələrindən kənarlaşdırılıb. 

Teqlər