Vaşinqton: ABŞ hərbçiləri Mənbicdə qalacaq
-
Vaşinqton: ABŞ hərbçiləri Mənbicdə qalacaq
ABŞ dövlət departamentinin sözçüsü Türkiyəni Amerikanın Mənbici hər cür hücum qarşısında müdafiə edəcəyi ilə hədələyərək, vurğulayıb ki, bu ölkənin hərbçiləri Suriyanın şimalında qalacaqlar.
Hizer Noyert Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun özünün dünənki söhbətlərinə reaksiyası barədəki sualın cavabında deyib: Təkcə bunu sizə deyə bilərəm ki, Türkiyə dövlətilə müzakirələr davam edir. Bu müzakirələr hələ yekunlaşmayıbdır.
O, Türkiyənin Mənbicə qarşı hücum barədəki təhdidi haqqında isə belə deyib: ABŞ qüvvələri Mənbicdə yerləşiblər. Bu məsələni Türkiyə dövlətinə aydın şəkildə demişik ki, Mənbicdəki fəaliyyəti davam etdirəcəyik.
ABŞ dövlət departamentinin sözçüsü həmçinin təhdid edib ki, Türkiyə tərəfindən Mənbic şəhərinə qarşı hər cür hücumun baş verəcəyi halda, ABŞ hərbçiləri özlərini müdafiə edəcəklər.
Çavuşoğlu demişdi ki, hələ Amerika ilə kürd yarımhərbçilərin Mənbicdən çıxmaları barədə razılığa gəlməyiblər.
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan da dünən amerikalı həmkarı Donald Trampa xəbərdarlıq etmişdi ki, Noyerti yerində oturtsun və yerini ona anlatsın.