Türkiyə Avropa ölkələrinin Kipr barədəki bəyanatını tənqid edib
Türkiyə Avropa ölkələrinin Kipr barədəki bəyanatını tənqid edib və onu qeyri-səmərəli adlandırıb.
Türkiyənin xarici işlər nazirliyi bu gün ötən ilin iyulunda keçirilən müzakirələrin uğursuz qalmasına toxunaraq, bildirib ki, bu cür bəyanatlar yunan sakinli Kiprin mövqeyini əks etdirir; bu da 2008-ci ildə bu adada başlanaraq, 2017-ci ildə nəticəsiz başa çatmış müzakirələr prosesinin uğursuz qalmasına səbəb oldu.
İtaliya, Fransa, İspaniya, Portuqaliya, Yunanıstan, Malta və yunan sakinli Kiprin dövlət başçıları ötən çərşənbə günü İtaliyanın paytaxtı Romada özlərinin dördüncü iclaslarında bir bəyanat qəbul edərək, Kipr məsələsinin həllini vurğulayıblar.
Bu bəyanatda üzv ölkələr Kipr məsələsinin həllini, bu ölkənin iki hissəsinin və onların xalqlarının birliyini, zəmanətçi qüvvələrin iştirakı olmadan ərazi bütövlüyü və istiqlaliyyətini vurğulayıblar.