Mart 24, 2018 20:52 Asia/Baku
  • Səadət Partiyasının rəhbəri seçki məcəlləsinə dəyişikliyi qınayıb
    Səadət Partiyasının rəhbəri seçki məcəlləsinə dəyişikliyi qınayıb

Türkiyənin Səadət Partiyası və Milli Görüş cərəyanının rəhbəri Təməl Karamlaoğlu Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının 2019-cu il seçkiləri üçün birləşmələrini və seçki qanununa dəyişikliyi qınayaraq deyib: Onlar öz qazdıqları quyuya düşəcəklər.

Milli Qəzetənin yazdığına görə, Təməl Karmolaoğlu deyib: Güc və səslərin əksəriyyəitnə malik olduqlarını və istədiklərini edə biləcəklərini iddia edənlər sabah öz qazdıqları quyuya düşəcəklər. 

Seçki birliyi qanunu Ədalət və İnkişaf Partiyasının səsi ilə Türkiyə parlamentində qəbul edildi. Bu qanuna görə, 2019-cu il parlament və prezident seçkiləri elə indidən şübhələrə yol açıb və milli iradəyə kölgə salıb. 

Seçki məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə, seçki qutusunun yeri dəyişə yaxud birləşdirilə bilər, səs verənlərin siyahısı qarışdırıla bilər. Səyyar seçki qutularından istifadə imkanı yaradılacaq. Bir nəfərin şikayəti əsasında təhlükəsilzik qüvvələri əməliyyata başlaya biləcək və nəticədə qutu və seçkilərin təhlükəsizliyi nəinki təmin edilməyəcək, hətta təhlükəsizliyi məhv ediləcək və seçkilərdə saxtakarlığa yol açılacaq. 

Demokratiyanın ən əsas ünsürü seçkilərin keçirilməsidir amma seçki məcəlləsinə əlavə və dəyişikliklər şübhəyə səbəb olur və milli iradəyə kölgə salıb. Hərkəs hərhansı niyyətlə milli iradənin reallaşmasına mane olarsa və bu istiqamətdə hansısa qanunlar qəbul edərsə xalqa xəyanət etmiş olub. Hər qanun ədalətə deyil mənafeyə əsaslanarsa bir gün gələcək və sizi giriftar edəcək. Tarix bu kimi halların dramatik nümunələrinin şahidi olub. 

Teqlər