AB və Türkiyə arasındakı müzakirələr nəticəsiz başa çatıb
-
AB və Türkiyə arasındakı müzakirələr nəticəsiz başa çatıb
Türkiyə prezidenti və Avropa Birliyinin başçıları arasında Bolqarıstanda baş tutan iclas ixtilafların həlli üzrə hansısa ortaq məxrəcə nail olmadan başa çatıb.
İRNA-nın verdiyi məlumata görə, Avropa Şurasının sədri Donald Tusk bazar ertəsi günü Bolqarıstanın Varna şəhərində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə baş tutan görüşün ardınca birgə mətbuat konfransında deyib: Türkiyə və Avropa Birliyinin terrorizm ilə mübarizədə ortaq maraqlara malik olmasına baxmayaraq, Brussel Türkiyənin Suriyadakı xüsusilə Afrindəki hərəkətlərindən nigarandır.
Tusk Avropa Birliyinə üzvlük qarşısındakı öhdəliklər barədə də deyib: Türkiyənin Aralıq dənizinin şərqində və Egey dənizindəki son hərəkətləri, vətəndaşların saxlanılması, qanunun aliliyinin və mətbuat azadlığının təmin edilməsi habelə, Türkiyə ilə AB ölkələri arasındakı əlaqələr haqda ciddi nigaranlıqlar mövzuddur.
Avropa Komissiyasının sədri Jan Kloud Yunker də deyib: Türkiyənin terrorizm ilə mübarizəsi nizamlı qaydada və beynəlxalq qanunlar çərçivəsində olmalıdır.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan isə bu mətbuat konfransında deyib: Bir dünya qüdrəti iddiasında olan Avropa, Türkiyəni özündən uzaqlaşdırarsa, böyük səhvə yol vermiş olacaq.