Türkiyə prezidenti Suriyanın şimalında yeni əməliyyatın başlanmasını vurğulayıb
Mart 30, 2018 21:29 Asia/Baku
-
Türkiyə prezidenti Suriyanın şimalında yeni əməliyyatın başlanmasını vurğulayıb
Türkiyə prezidenti bu lkənin Suriyanın şimalında yeni əməliyyata başlamağa hazırlaşmasından xəbər verib.
Rusiya əl-Youm televiziyasının məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: Bu ölkə ordusunun Suriyanın şimalında yeni əməliyyata başlamasında məqsəd silahlı kürdləri Eynül-Ərəb, Rasul-Eyn və Təll Əbyəzdən çıxarmaqdır.
Türkiyə prezidenti həmçinin Ankara və PYD arasında vasitəçiliyi təklif edən Fransa prezidenti Emmanuel Makronu tənqid edərək deyib: Təəssüfləndirici haldır ki, Paris Suriya böhranı qarşısında yanlış siyasəti izləyir.