Türkiyə prezidenti Sincar əməliyyatının anonsunu verdi
https://azeri.sahartv.ir/news/türkiyə-i300314-türkiyə_prezidenti_sincar_əməliyyatının_anonsunu_verdi
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bir daha İraqın şimalında terrorçu qruplaşmalara qarşı mübarizə çərçivəsində Sincar şəhərinə qarşı hərbi əməliyyatların anonsunu verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2018 04:30 Asia/Baku
  • Türkiyə prezidenti Sincar əməliyyatının anonsunu verdi
    Türkiyə prezidenti Sincar əməliyyatının anonsunu verdi

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bir daha İraqın şimalında terrorçu qruplaşmalara qarşı mübarizə çərçivəsində Sincar şəhərinə qarşı hərbi əməliyyatların anonsunu verib.

Türkiyə hökuməti PKK terrorçularının İraqın şimalında, Kandil yüksəklikləri və Sincar şəhərini özünə məskən etdiyini bildirərək, xüsusilə ötən həftələrdə bu məntəqələrə havadan zərbələr endirib. 

İRNA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan cümə günü hakim Ədalət və İnkişaf Partiyasının valiləri ilə görüşdə deyib: PKK-nın tam şəkildə məhv ediləcəyi zamana kimi Türkiyə ordusu Suriya və İraqdakı hərbi əməliyyatlarını davam etdirəcək. 

Ərdoğan həmçinin, Türkiyə silahlı qüvvələrinin Suriyanın şimalındakı hərbi əməliyyatlarının davam etdiyini vurğulayıb və deyib: sərhəd məntəqələrin terrorçulardan təmizlənməsi üçün Türkiyə silahlı qüvvələrinin ölkə sərhədlərindən kənardakı əməliyyatları dayandırılmayacaq.