Apr 04, 2018 08:52 Asia/Baku
  • Ərdoğan: Türkiyə Suriyanın stabilliyi və təhlükəsizliyi üçün İran və Rusiya ilə əməkdaşlıq edir
    Ərdoğan: Türkiyə Suriyanın stabilliyi və təhlükəsizliyi üçün İran və Rusiya ilə əməkdaşlıq edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı günü Rusiya prezidenti Vladimir Putinlə keçirilən mətbuat konfransında deyib: Türkiyə Suriyanın təhlükəsizlik və stabilliyi üçün İran və Rusiya ilə əməkdaşlıq edir.

İRNA-nın məlumatına görə, Ərdoğan çərşənbə günü Ankarada İran, Rusiya və Türkiyə dövlət başçılarının zirvə toplantısına toxunub və deyib: Üç ölkənin dövlət başçısı bu sammitdə Suriya haqda və Astana prosesi barədə fikir mübadiləsi aparacaq.

Türkiyə prezidenti ötən ildə Türkiyə və Rusiya arasında ticarət dövriyyəsinin 32%-lik artımına toxunaraq deyib: Türkiyə və Rusiyanın ticarət dövriyyəsi 2017-də 22 milyard dollar olmuşdur. 

Rusiya prezidenti də bu mətbuat konfransında deyib: Moskvanın qərblə rgərinliyi Rusiyanın Türkiyə ilə əlaqələrinə zərbə vura bilməz. 

Putin əlavə edib: S-400 zenit-raket kompleksinin Türkiyəyə satılması müqaviləsinin icrası Moskva-Anaranın hərbi əməkdaşlığının prioritetidir. 

Putin çərşənbə axşamı günü Türkiyəyə səfər edib. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani də çərşənbə axşamı gecə bir heyətin müşayiəti ilə Ankaraya daxil olub. 

Teqlər