Türkiyədə uğursuz çevrilişlə bağlı yüzlərlə nəfər ömürlük həbsə məhkum edilib
Türk mənbələr 2016-cı ildə Türkiyə dövlətinə qarşı uğursuz çevrilişlə bağlı yüzlərlə nəfərin ömürlük həbsə məhkum edilməsindən xəbər veriblər.
Türkiyə dövlətinə qarşı uğursuz 15 iyul 2016-cı il çevrilişindən sonra bu ölkə məhkəmələri həmin çevrilişdə iştirak ittihamı ilə indiyədək 1012 nəfəri zindana göndəriblər ki, onların 759 nəfəri ömürlük həbsə məhkum edilibdir.
Bu məlumata görə, Türkiyə dövlətinə qarşı uğursuz 15 iyul 2016-cı il çevrilişindən sonra bu dövlət, çevrilişin amilləri və onda iştirak edənlərin həbs və mühakimə olunmaları məqsədilə geniş tədbirlərə əl atdı və komendant saatı tətbiq edərək, şübhəli şəxslərdən bir çoxunu həbs etdi.
Türkiyə dövlətinin başçıları Fəthullah Gülən qrupu ilə bağlı şəxslərin sayını 170 min nəfər elan edib və bildiriblər ki, bu şəxslər birbaşa və ya dolayısı ilə qeyd olunan çevrilişdə rol oynayıblar.
Uğursuz 15 iyul 2016-cı il çevrilişindən sonra Türkiyədə Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə indiyədək əlli mindən çox nəfər həbs olunub və təqribən 120 min nəfər də dövlət işlərindən uzaqlaşdırılıbdır.
Türkiyə dövləti Fəthullah Güləni bu ölkədə 15 iyul 2016-cı il çevrilişinin amili bilir, amma Gülən dəfələrlə həmin çevrilişdə əlinin olmasını rədd edibdir.