Türkiyə ordusunun hərbi əməliyyatları davam edir, PKK itki verib
https://azeri.sahartv.ir/news/türkiyə-i302692-türkiyə_ordusunun_hərbi_əməliyyatları_davam_edir_pkk_itki_verib
Türkiyə ordusunun hərbi əməliyyatları zamanı PKK silahlı qruplaşmasının 7 üzvü öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2018 08:00 Asia/Baku
  • Türkiyə ordusunun hərbi əməliyyatları davam edir, PKK itki verib

Türkiyə ordusunun hərbi əməliyyatları zamanı PKK silahlı qruplaşmasının 7 üzvü öldürülüb.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri ordunun da dəstək verdiyi əməliyyatlarda PKK silahlı qruplaşmasının 7 üzvünü zərərsizləşdiriblər.

Türkiyə mənbələri təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində, dağlıq ərazilərdə PKK yaraqlılarına qarşı əməliyyatının davam etməsindən xəbər veriblər.

Türkiyə ordusunun çərşənbə günü həyata keçirdiyi əməliyyat zamanı PKK-nın mövqelərinə zərbələr endirilib. Bu əməliyyat PKK-nın iki gün öncə elə bu məntəqədə həyata keçirdiyi terror hücumuna cavab sayılır. PKK yaraqlılarının iki gün öncə bu məntəqədə həyata keçirdikləri hücumda 4 türk hərbçi öldürülmüş və  yaralanmışdı.