Apr 27, 2018 11:26 Asia/Baku
  • Ərdoğan Türkiyə seçkiləri qanunlarının uyğunlaşdırılması qanununu imzalayıb
    Ərdoğan Türkiyə seçkiləri qanunlarının uyğunlaşdırılması qanununu imzalayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə seçki sisteminin uyğunlaşdırılması qanunu imzalayıb. Qanuna əsasən Türkiyə parlamentində qanunvericilərin sayı artacaq.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, yeni qanuna əsasən, bir fərd iki dəfədən çox prezidentliyə namizəd ola bilməz. Həmçinin başqa ölkələrdə yaşayan Türkiyə vətəndaşları seçkilərdən üç gün öncəyə qədər səsvermədə iştirak edə bilərlər. 

Yeni qanuna əsasən Türkiyə parlamentində deputatların sayı 550 nəfərdən 600 nəfərə artacaq. Həmçinin bu qanunda prezident seçkilərdə qalib gəldikdən sonra partiyası ilə əlaqəsini qoruya bilər, baş nazir vəzifəsi isə ləğv olunur. 

Bununla əlaqədar Türkiyə Cümhuriyyət Xalq Partiyası CHP sədri Kamal Qılıçdaroğu yenicə təsis olunan İyi Partiyanın lideri Maral Akşenerlə görüşüb və onunla növbədənkənar prezident və parlament seçkilərində birgə proqram haqda danışıqlar aparıb. 

CHP bazar günü bildirib: Partiyanın 15 nümayəndəsi İyi Partiyaya qoşulub. Belə ki, bu partiya parlament qrupu təşkil etmək üçün lazımi nümayəndəyə sahib olsun və seçkilərdə iştiraka vəsiqə qazansın. 

Halbuki bildirilir ki, İyi partiyanın sədri Maral Akşenerin Ərdoğanla rəqabət aparmaq üçün yaxşı mövqeyi vardır. 

Türkiyədə prezident və parlament seçkiləri 24 iyunda keçiriləcək. 

Teqlər