Apr 29, 2018 20:13 Asia/Baku
  • Türkiyə ABŞ-a xəbərdarlıq etdi

Türkiyə baş naziri deyib: ABŞ Türkiyənin təhlükəsizliyini hədələyən terror qruplaşmalarına maliyyə və silah yardımlarına son qoymalıdır.

İRNA-nın məlumatına görə, Türkiyə baş naziri Binəli Yıldırım CNN televiziyası ilə müsahibədə bildirib: Suriyanın şimalında yerləşən Mənbic bölgəsi ərəblər, türkmənlər və bəzi digər etnoslara aiddir. Terrorçuların bu bölgədə olması bölgə əhalisinin dincliyi, eləcə də Türkiyənin təhlükəsizliyini təhlükəyə atır.

Yıldırım əlavə edib: Ankara amerikalılara bildirib ki, Mənbici terrorçulardan təmizləsinlər, belə olmadığı halda Türkiyə öz təhlükəsizliyini təmin etmək və bölgədə terrorçuların təhdidini aradan qaldırmaq üçün lazım gələni edəcəkdir.

Türkiyə baş naziri ümid edib ki, ABŞ Suriyanın şimalında terrorçulara dəstəyinə son qoyaraq Şimali Atlantik Alyansı NATO üzvləri arasında gərginliyin yaranmasının qarşısını alacaq.

Teqlər