Kılıçdaroğlu Ərdoğanın sözçüsünün və general Akarın A.Gül ilə görüşünü tənqid edib
-
Kılıçdaroğlu Ərdoğanın sözçüsünün və general Akarın A.Gül ilə görüşünü tənqid edib
Türkiyə parlamentində dövlətlə əsas müxalif partiyanın sədri bu ölkə ordusunun baş qərargah rəisi və prezidentin sözçüsünün Türkiyənin sabiq prezidenti Abdulla Gül ilə görüşünü tənqid edib.
Kamal Kılıçdaroğlu Cumhuriyyət qəzetinin müxbiri Ərdəm Gül ilə müsahibədə vurğulayıb ki, Türkiyə ordusunun baş qərargah rəisi general Akarın və Türkiyə prezidetinin sözçüsü İbrahim Kalinin Abdulla Gül ilə görüşmək üçün İstanbula göndərilmələri prezident Ərdoğanın qorxusunun nişanəsi idi. O, deyib: Biz gördük ki, hökumətin qüdrətindən Abdulla Gülün prezidentliyə namizədliyinin qarşısının alınması üçün istifadə olundu.
CHP sədri vurğulayıb ki, bu hərəkət aşkar şəkildə Türkiyədə demokratiyanın imicinə xələl gətirdi. Kılıçdaroğlu vurğulayıb ki, bu məsələ Abdulla Gülün namizədlik üzrə qərarına bir təsir göstərməyibdir. O, əlavə edib: Abdulla Gülün fikrindən daşınmasının səbəbi, müxalif partiyaların Abdulla Gülün müştərək namizəd kimi təqdimi barədə razılığa gəlməmələri olubdur.
Kılıçdaroğlu deyib: Bu məsələ tamamilə aşkardır ki, Rəcəb Tayyıb Ərdoğan diktatura hakimyyətinin, Abdulla Gül isə demoktratiyanın tərəfdarıdır.