Çavuşoğlu: Trampın qərarı məyus edicidir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Donald Trampın nüvə anlaşmasından çıxmasını məyus edici qərar adlandırdı.
İRNA-nın verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü Ankarada Litvanın xarici işlər naziri Linas Linkyaviçyus ilə birgə mətbuat konfransında nüvə anlaşmasının İran və ABŞ arasında imzalanmış ikitərəfli bir anlaşma olmadığını deyərək, Avropa Birliyi və digər ölkələrin də bu anlaşmanı imzalayan tərəflər olduğunu bildirib və deyib: Ölkələr imzaladıqları anlaşmalara sadiq qalmalıdırlar.
Mövlud Çavuşoğlu ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra yaranmış vəziyyəti bir "xaos" adlandırıb və deyib: Digər ölkələrin İranilə nüvə anlaşmasına sadiq qaldıqlarını vurğuladıqları halda, ABŞ-ın birtərəfli qaydada bu anlaşmadan çıxmaq qərarına gəlməsi yanlış hərəkətdir.