İstanbulda anti-sionist aksiyası keçirilib
Türkiyənin İstanbul şəhərində on minlərlə insanın iştirakı ilə sionist rejimin fələstinlilərə qarşı cinayətlərinə etiraz əlaməti olaraq aksiya keçirilib.
İRNA-nın məlumatına görə, cümə günü "Zülmə Lənət, Qüdsə Dəstək" şüarı ilə keçirilən aksiyada iştirakçılar sionistlərin fələstinlilərə qarşı son cinayətlərini qınayıblar.
Aksiyaçılar həmçinin ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini qınayaraq Qüdsdə bu səfirliyin fəaliyyətinin dayandırılması və sionistlərin bu şəhərin işğalına son qoyulmasını vurğulayıblar.
Bu arada Türkiyənin eks-prezidenti Abdulla Gül sionist rejimin fələstinlilərə qarşı son cinayətləri və ABŞ səfirliyinin Təl-Əvivdən Beytül-Müqəddəsə köçürülməsinə reaksiyada öz twitter səhifəsində yazıb: ABŞ-ın bu hərəkəti sionist rejimi fələstinlilərə qarşı əlavə cinayətləri törətməyə təşviq etdi.
Digər tərəfdən Türkiyənin Səadət partiyasının sədri Təməl Karamollaoğlu da ABŞ səfirliyinin Təl-Əvivdən Beytül-Müqəddəsə köçürülməsinə etiraz olaraq bildirib: Bu hərəkət beynəlxalq qanunların pozulmasıdır.