Türkiyə hökumətinin müxalifləri aksiya keçiriblər
Türkiyə hökumətinin müxaliflərindən bir qrupu İstanbul şəhərinin Gəzi parkındakı anti-dövlət etirazlarına divan tutulmasının ildönümündə bu şəhərdə aksiya keçirib.
Bu aksiya İstanbul şəhərinin Gəzi parkındakı anti-hökumət etirazlarına divan tutulmasının beşinci ildönümü günü münasibətilə keçirilib. Aksiya "Taksım" həmrəylik koalisiyası və bəzi xalq qrupları tərəfindən təşkil olunub.
Aksiyaçılar İstanbul Şəhər Mühəndis və Memarlarının Peşə Otaqları Birliyinin binası qarşısına toplaşdıqdan sonra Taksım meydanına və Gəzi parkına doğru hərəkət ediblər.
2013-cü il Gəzi parkı çaxnaşmalarında öldürülmüş şəxslərin ailə üzvlərindən bir qrupu, eləcə də CHP nümayəndələrindən bir qrupu və bu partiyanın yerli məsul şəxsləri həmin aksiyada iştirak ediblər.
Bu aksiya İstanbul Şəhər Mühəndis və Memarlarının Peşə Otaqları Birliyinin üzvlərindən biri tərəfindən bəyanatın qiraət olunması ilə başa çatıb və onun dinc məqsədli olduğu vurğulanıb.
2013-cü il Gəzi parkı etirazları Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən yatırıldı.
Bu etirazlarda 36 nəfər öldürüldü, bir qrup aksiyaçı da yaralandı.