Təməl Karamollaoğlu: Amerika və İsrail Türkiyədə gərginlik amilidirlər
https://azeri.sahartv.ir/news/türkiyə-i313066-təməl_karamollaoğlu_amerika_və_İsrail_türkiyədə_gərginlik_amilidirlər
Səadət Partiyasının rəhbəri və bu partiyanın prezident seçkilərindəki namizədi deyib: Amerika və İsrail üzdə Türkiyə ilə dost olan düşmənlərdirlər və Türkiyəni qarışdırmaq istəyirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2018 05:34 Asia/Baku
  • Təməl Karamollaoğlu - Türkiyə Səadət Partiyasının sədri
    Təməl Karamollaoğlu - Türkiyə Səadət Partiyasının sədri

Səadət Partiyasının rəhbəri və bu partiyanın prezident seçkilərindəki namizədi deyib: Amerika və İsrail üzdə Türkiyə ilə dost olan düşmənlərdirlər və Türkiyəni qarışdırmaq istəyirlər.

İRNA-nın verdiyi məlumata görə, Təməl Karamollaoğlu cümə axşamı bir qrup tərəfdarının qarşısında deyib: Amerika və İsrail heç vaxt Türkiyə üçün bir müttəfiq olmayıblar. Onlar, dost cildinə girmiş düşmənlərdirlər. 

Karamollaoğlu əlavə edib: Amerika və İsrail Türkiyədə sülh və sabitlik istəmirlər. Onlar türkiyə xalqının bir-birinin canına daraşmasını və bir-birini məhv etməsini istəyirlər. 

Hazırda Türkiyənin bir çox problem ilə üzləşdiyini deyən Karamollaoğlu bu problemlərin öhdəsindən gəlmək üçün xalqı seçkilərdə iştiraka dəvət edib.