Türkiyə xarici işlər naziri Çin ilə əlaqələrin gücləndirilməsini vurğulayıb
İyun 16, 2018 16:22 Asia/Baku
-
Türkiyə xarici işlər naziri Çin ilə əlaqələrin gücləndirilməsini vurğulayıb
Türkiyə xarici işlər naziri deyib: Ankara və Pekin rəsmiləri ikitərəfli ticarət əlaqələrini gücləndirmək ardıncadırlar.
Mövlud Çavuşoğlu Pekində Çin xarici işlər naziri "Van İ" ilə birgə mətbuat konfransında iki ölkə əlaqələrinin daha da genişlənməsi və mühüm strateji layihələrin işə salınması üçün Türkiyə-Çin həmkarlığını vurğulayıb.
Türkiyə xarici işlər naziri həmçinin deyib ki, iki ölkə turizm, atom elektrik stansiyalarının genişləndirilməsi və emal oluna bilinən enerji kimi məsələlər barədə mühüm razılıqlara gəlib.
Mövlud Çavuşoğlu Çin xarici işlər nazirinin dəvəti ilə ikigünlük Çin səfərində bu gün Pekinə daxil olubdur.