Türkiyədə sabah prezident və parlament seçkiləri keçiriləcək
-
Türkiyədə sabah prezident və parlament seçkiləri keçiriləcək
Türkiyədə sabah eyni vaxtda parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərdə rəqabət aparan namizədlər əsasən iqtisadi durumu ölkənin əsas problemi olaraq diqqət mərkəzində saxlamışlar. Seçkiləri səkkiz beynəlxalq təşkilatın müşahidəçiləri və altı yüz əlli üç jurnalist izləyəcək.
Türkiyədə prezident və parlament seçkilərinin keçirilməsi üçün bütün işlər görülüb. 56 milyondan çox seçici ölkənin 81 vilayətində 180 min seçki dairəsində səsvermədə iştirak edəcək ki, Türkiyənin tarixində eyni vaxtda keçiriləcək həlledici seçkiyə imza atsın.
Türkiyə vətəndaşı deyib: Fikrimcə bu seçkilər, hazırkı durumu dəyişə bilər. Məncə, seçki iştirakının yüksək olması üçün, vətəndaşlar istirahətə getməkdən vaz keçməlidirlər.
10 siyasi partiya 2 aydır ki, sıx mübarizəni başlamışdır. Amma əsas mübarizə bu dörd şəxs arasındadır. Rəcəb Tayyib Ərdoğan, Məhərrəm İncə, Maral Akşener və Səlahəddin Dəmirtaş. Ərdoğanın müxalifəti Millət İttifaqı adı altında birləşib ki, bəlkə onun 16 illik iqtidarına son qoya biləcək.
Başqa bir Türkiyə vətəndaşı deyib: İqtisadi durumun yaxşılaşması bizim birinci prioritetimizdir. Bəxt və şans oyunlarının gün-gündən artmaqda olduğu ölkədə həmin ölçüdə iqtisadiyyatı ağırdır.
İqtisadiyyat bütün debat və təbliğat kampaniyalarının əsas mehvəridir. Hakim partiyanın tərəfdarları Ərdoğan dövrünün iqtisadi islahatları və abadlığın inkişafını misilsiz inkişaf adlandırırlar. Lakin tənqidçilər deyirlər ki, onun layihələrinin inkişaf və iş yerlərinin açılmasına kömək etməyib, üstəlik Türkiyənin xarici 453 milyard dolları keçib və bank faizləri 20%-ə çatıb.
Türkiyədə bazar günü keçiriləcək seçkiləri 8 beynəlxalq təşkilatın nümayəndələri və müşahidəçiləri, 34 ölkədən 653 xarici jurnalist izləyir.
Müxalifət partiyaları bildiriblər ki, hər hansı seçki saxtakarlığının qarşısını almaq üçün 500 mindən çox könüllünü səsvermə prosesinə və səslərinə sayılmasına nəzarət etmək üçün səsvermə dairələrinə ezam edəcəklər.
Seçkilər çevrilişdən sonrakı siyasi-ictimai atmosferin təsiri altında keçirilir. İndi Türkiyə prezidenti deyir ki, vəzifəsində qaldığı halda, onun ilk fərmanı mütləq fövqəladə vəziyyətin ləğvi olacaq. Fövqəladə vəziyyət uğursuz dövlət çevrilişindən sonra hələ də icra olunmaqdadır.