Türkiyədə növbədənkənar seçkilər başa çatdı
Türkiyədə ikinci prezident və 26-cı parlament seçkiləri bu gün yerli vaxtla saat 17-də başa çatıb.
Röyters-in verdiyi məlumata görə, Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin başa çatması ilə səslərin sayılmasına başlanılıb.
Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri bu gün bazar yerli vaxtla səhər saat 8-də başlanmışdı.
Türkiyədə keçirilən seçkilərdə 56 milyon 322 min 632 nəfər səsvermə haqqına malik olub. Seçkilər 180 min 65 seçki məntəqəsində baş tutub.
Türkiyə qanunlarına əsasən prezident seçkilərində namizədlər qalib gəlmək üçün 50% üstə gəl bir səs toplamalıdır.
Türkiyənin Ali Seçki Komissiyasının sədri Sədi Güvən bundan öncə seçkilərin nəticəsinin gecə yarısından öncə elan olunması ehtimalından xəbər vermişdi.