İyun 27, 2018 08:55 Asia/Baku
  • ABŞ Türkiyəni sanksiyalarla təhdid etdi
    ABŞ Türkiyəni sanksiyalarla təhdid etdi

Bir ABŞ rəsmisi çərşənbə axşamı çərşənbə axşamı deyib: Türkiyə Rusiyadan S-400 raket kompleksi alarsa, Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq edəcək.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçell çərşənbə axşamı deyib: Rusiyadan S-400 zenit raket kompleksi alacağı təqdirdə Türkiyə ABŞ-ın sanksiyaları ilə üzləşəcək.

Bu amerikalı rəsmi həmçinin deyib: Əgər Rusiyadan S-400 zenit raket kompleksinin alınmasına dair Türkiyənin qərarı qəti olarsa, ABŞ öz milli təhlükəsizliyi ilə bağlı nigaranlıqları əsasında bu raket kompleksinin Türkiyəyə köçürülməsinə mane olacaq imkana malikdir. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cari ayın əvvəllərində Vaşinqtonun "Qərbsayağı Böhran" yaratmasını tənqid etmişdi. Mövlud Çavuşoğlu həmçinin, ABŞ Senatının bu ölkə istehsalı olan F-35 qırıcılarının, Rusiyadan S-400 zenit raket kompleksi almasına görə, Türkiyəyə təhvil verilməsinə mane olmaq üzrə səylərini kəskin qınayıb. 

Rusiyanın dövlət silah ixracatı şirkəti "Rosoboroneksport" cari ilin aprel ayında Türkiyənin sifariş etdiyi S-400 zenit raket komplekslərinin istehsalına başlanılmasından xəbər vermişdi. 

Moskva və Ankara arasında S-400 zenit raket kompleksi ilə bağlı anlaşma Türkiyə və ABŞ arasında fikir ayrılıqlarına səbəb olub və Vaşinqton rəsmiləri S-400 raket sisteminin NATO-nun müdafiə sistemi ilə uyğunluğa malik olmadığını bəhanə edərək, Türkiyəni sanksiyalar ilə təhdid edirlər. 

Teqlər