İyun 28, 2018 09:18 Asia/Baku
  • Türkiyənin iqtisad naziri: Türkiyə ABŞ-ın anti-İran sanksiyalarına qoşulmayacaq

Türkiyənin iqtisad naziri bildirib: Ankara Vaşinqtonun anti-İran sanksiyalarına qoşulmayacaq.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Nihad Zeybəkçi çərşənbə günü Ankarada keçirdiyi mətbuat konfransında əlavə edib: ABŞ-ın İran neftinin satın alınmasını durdurmaq üzrə sanksiya və müraciətləri zəruri deyil, Türkiyə dost İran İslam Respublikasının ədalətsiz qərarlarla üzləşməməsinə çalışır. 

Türkiyənin iqtisad naziri deyib: Ankara İranın sanksiyaları haqda sadəcə BMT-nin qərarlarına tabedir. 

ABŞ İranla iqtisadi münasibətləri olan ölkələrdən istəyib ki, noyabr ayınadək bu ölkədən neftin satın alınmasını durdursun və bu sahədə heç bir istisna yoxdur. 

ABŞ prezidenti Donald Tramp 8 may 2018-ci il tarixində İran əleyhinə əsassız ittihamları təkrarlayaraq Vaşinqtonun nüvə sazişindən çıxdığını, nüvə sanksiyalarının 3-6 ay ərzində qüvvəsinə qayıdacağını elan etdi. 

ABŞ İrana təzyiq göstərmək üçün İslam Respublikasının xam neft satışını sıfıra endirməyə cəhd edir. 

Teqlər