İyul 08, 2018 19:14 Asia/Baku
  • İstanbulda Ali-Səud əleyhinə aksiya keçirilib

Türkiyənin İstanbul şəhəri əhalisi Səudiyyə Ərəbistanı əleyhinə irimiqyaslı aksiya keçirərək Ali-Səud rejiminin Yəmən xalqına qarşı cinayətlərini pisləyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, şənbə günü Səudiyyə Ərəbistanının konsulluğu qarşısına toplaşan İstanbul sakinləri "Səudiyyə rejimi mühakimə olunmalıdır", "Ali-Səuda ölüm", "ABŞ-a ölüm" və "İsrailə ölüm" şüarları səsləndirib və Yəmən xalqına qarşı törədilən cinayətləri qınayıblar.

İstanbullu etirazçılar aksiyanın sonunda bir bəyanatda bildiriblər: Səudiyyə rejiminin ABŞ-ın dəstəyi ilə Yəmən xalqına qarşı hərtərəfli mühasirəsi bir xalqın mövcudluğu əleyhinə tarixi cinayət deməkdir.

İstanbul əhalisi bu bəyanatda bildirib: Yəmən xalqı aclıq, yoxsulluq və müxtəlif xəstəliklərlə üzləşib və bu cinayətlərdə Ali-Səud rejimi birbaşa məsuliyyət daşıyır .

Səudiyyə Ərəbistanı ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistan və müttəfiqlərinin Yəməndəki militarist hərəkətləri indiyədək 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.

Ali-Səud rejimi və müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, indiyədək öz məqsədlərinə nail ola bilməmişdir.

Teqlər