İyul 18, 2018 20:19 Asia/Baku
  • Qılıçdaroğlu anti-terror qanununun icrasına münasibət bildirib
    Qılıçdaroğlu anti-terror qanununun icrasına münasibət bildirib

Türkiyədə ana müxalifət partiyasının rəhbəri bu ölkədə terrorizmə qarşı qanunun əvəz edilməsini qınayıb.

İSNA-nın verdiyi məlumata görə, Türkiyə Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Qılıçdaroğlu bu gün deyib: Fövqəladə vəziyyəti dəyişəcək anti-terror qanunu əslində həmin vəziyyətin davamı deməkdir. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan seçki kampaniyasında fövqəladə vəziyyətə son qoyulacağını vəd etmişdi. 

Fövqəladə vəziyyətin 19 iyuldan sona çatacağı gözlənilir. 

Sabah parlament komitəsi hökumətin anti-terror layihəsini araşdıracaq. 

Bu layihə qarşıdakı günlərdə parlamentdə səsə qoyulacaq. 

Türkiyənin anti-terror qanununa görə, komandanlar bəzi xüsusi bölgələrə daxil olmağa 15 gün müddətində qadağa tətbiq edə bilər eləcə də gecə çağlarında açıq havada etiraz aksiyalarına məhdudiyyətlər tətbiq olunacaq. 

Teqlər