İyul 21, 2018 11:17 Asia/Baku
  • Türkiyəyə qarşı maliyyə boykotu layihəsi ABŞ konqresinə təqdim olunub
    Türkiyəyə qarşı maliyyə boykotu layihəsi ABŞ konqresinə təqdim olunub

Bob Korker-in başçılıq etdiyi ABŞ Senatının Xarici Əlaqələr Komissiyası Türkiyənin beynəlxalq pul və maliyyə qurumlarından borc almasının dayandırılması ilə əlaqədar bir moratorium hazırlayaraq, ABŞ konqresinə təqdim edib.

Altı respublikaçı və demokrat senator Türkiyənin beynəlxalq pul və maliyyə qurumlarından borc almasının boykot edilməsi barədə moratoriumu ABŞ konqresinə təqdim edib.

Bu altı amerikan senator vurğulayıb ki, həmin sərəncam Türkiyənin bu ölkədəki Amerika nümayəndəliklərinin işçiləri, ABŞ vətəndaşları, iki vətəndaşlığı olan şəxslərin həbsindən çəkinməyəcəyi və həbs olunmuş şəxsləri azad etməyəcəyi zamanadək icra olunacaq.

Türkiyənin məhkəmə aparatı iyulun on səkkizində bu ölkənin qərbindəki bir şəhərdə casusluq və terror qruplarına kömək etdiyinə görə, Endru Robinsonun həbsinin davam etməsi hökmünü veribdir.

Qeyd edək ki, Türkiyə rəsmiləri üstüörtülü şəkildə amerikalı keşişin hazırda Amerikanın Pensilvaniya ştatında yaşayan Fəthullah Gülən ilə dəyişdirilməsi mövzusunu irəli sürüblər.

Teqlər