Ərdoğan Türkiyə-İran əlaqələrinin strateji olduğunu vurğuladı
https://azeri.sahartv.ir/news/türkiyə-i318431-Ərdoğan_türkiyə_İran_əlaqələrinin_strateji_olduğunu_vurğuladı
Türkiyə prezidenti İranı ölkəsinin strateji şəriki adlandırdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2018 14:29 Asia/Baku
  • Ərdoğan Türkiyə-İran əlaqələrinin strateji olduğunu vurğuladı

Türkiyə prezidenti İranı ölkəsinin strateji şəriki adlandırdı.

İRNA-nın verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan "Briks" qrupunun sammitiində iştirak etmək üçün Cənubi Afrikaya səfər etməzdən öncə deyib: İran Türkiyənin strateji şərikidir və Ankaranın Tehran ilə əlaqələrini kəsməsi istəyi bizim müstəqilliklə bağlı anlayışımıza ziddir.

Ərdoğan Türkiyənin enerjiə olan ehtiyacını İran hesabına təmin etdiyini deyərək, əlavə edib: Türkiyə Tehrana qarşı sanksiyalarla bağlı yanlış addımın atılmayacağına ümidvardır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da çərşənbə axşamı Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə birgə mətbuat konfransında ölkəsinin ABŞ-ın İrana qarşı sanksiyaları ilə müxalif olduğunu vurğulayaraq, deyib: Ankara İrana qarşı sanksiyaların tətbiq edilməsində ABŞ-ın qərarlarına tabe olmağa borclu deyil.

Ötən həftə Amerikadan bir heyət Türkiyəyə səfər edərək, Ankaradan ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmasını istəmişdi. Amma, Türkiyə rəsmiləri bu istəyi rədd edərək, ABŞ başçılarının bu qərarını yanlış adlandırıblar.