Avq 18, 2018 14:15 Asia/Baku
  • Türkiyə-ABŞ gərginliyi daha geniş cəhətlərə malikdir
    Türkiyə-ABŞ gərginliyi daha geniş cəhətlərə malikdir

Londonda çıxan İndipendent qəzeti yazıb: Amerika və Türkiyə arasındakı ticarət müharibəsi təkcə bir amerikalı keşişin azad edilməsi üstündə deyil; bu müharibə Türkiyənin Rusiyadan S-400 raket sistemini satın alması üstündədir.

İndipendent qəzeti öz reportajında ABŞ prezidenti Donald Trampın Türkiyədən polad və alüminium idxalatına rüsumun artırılması barədəki qərarına toxunaraq, yazıb: İnanılası deyildir ki, bu gərginlik amerikalı keşiş Andro Bransona görə olmuş olsun.

İndipendent idda edib ki, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan inflyasiya qarşısında faiz dərəcəsini artırmaqdan çəkindiyinə görə məzəmmət edilməlidir, amma bu, məsələnin hamısı deyil; Ərdoğanın günahlarının Rusiyadan S-400 raket sisteminin satın alınması, həmçinin İŞİD-in Türkiyə sərhədindən Suriyaya keçməsi, eləcə də silah, mərmi və raket daşınmasının qarşısının alınmasından daha geniş olan real siyahısı mövcuddur.

Teqlər