Türkiyədə ABŞ səfirliyinə hücumda şübhəli bilinən bir nəfər saxlanılıb
Avq 21, 2018 09:02 Asia/Baku
Türkiyənin Kütləvi İnformasiya Vasitələri ABŞ-ın Ankaradakı səfirliyinə hücumda şübhəli bilinən bir nəfərin saxlanıldığını xəbər veriblər.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə polisi naməlum şəxslərin bazar ertəsi günü ABŞ-ın Ankaradakı səfirliyinə atəş açması ilə əlaqədar bir nəfəri saxlayıb.
Məlumata görə, ABŞ-ın Ankaradakı səfirliyinə bir avtomobilin içindən atəş açılıb və naməlum şəxslər hadisə yerini tərk ediblər.
Bu insidentdə heç kimə xəsarət dəyməyib.