Çavuşoğlu: Türkiyə Amerikaya tabe olmağa məcbur deyil
https://azeri.sahartv.ir/news/türkiyə-i321075-Çavuşoğlu_türkiyə_amerikaya_tabe_olmağa_məcbur_deyil
Türkiyənin xarici işlər naziri deyib: Türkiyə Amerikanın regional və beynəlxalq sahələrdəki ədalətsiz qərarlarına tabe olmaq məcburiyyətində deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2018 04:20 Asia/Baku
  • Mövlud Çavuşoğlu
    Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri deyib: Türkiyə Amerikanın regional və beynəlxalq sahələrdəki ədalətsiz qərarlarına tabe olmaq məcburiyyətində deyil.

Anadolu informasiya agentliyinin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu Litvanın paytaxtı Vilnius şəhərində bu ölkənin xarici işlər naziri Linas Antanas Lİnkeviçius ilə görüşündə deyib: Amerikanın hərhansı ölkəyə qarşı qərar çıxarması və Türkiyənin də onunla razılaşması məntiqsizdir. 

Türkiyənin XİN başçısı deyib: Amerikanın beynəlxalq səviyyədəki tamahkarlıqları heç şübhəsiz ki, digər ölkələrin reaksiyasaı ilə üzləşir və Ağ ev üçün heç bir nəticə qazandırmayacaq. 

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Litva rəhbərləri ilə Amerikanın hücumçu siyasətləri və Türkiyənin Avropa Birliyinə üzvlüyü mövzularını müzakirə etmək üçün bu ölkəyə səfər edib.