Okt 01, 2018 16:46 Asia/Baku
  • Türkiyənin Tehrandakı səfiri: Amerikanın nüvə anlaşmasından çıxması yanlış hərəkət idi
    Türkiyənin Tehrandakı səfiri: Amerikanın nüvə anlaşmasından çıxması yanlış hərəkət idi

Türkiyənin Tehrandakı səfiri İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi ilə görüşdə deyib: Amerikanın nüvə anlaşmasından çıxması yanlış hərəkət idi, amma bu hərəkət İran üçün müstəqil həll yolları yaratmaq istiqamətində bir fürsət yaradıbdır.

Türkiyənin Tehrandakı səfiri Riza Hakan Tekin bu gün İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hoseyn Əmirəbdollahiyan ilə görüşdə regiondakı bəzi ölkələrin mənfi təbliğat aparmalarına toxunaraq, qeyd edib ki, regionda sülh və sabitlik üzrə səy zəruridir.

Suriyada davamlı sülhün bərqərarını vurğulayan Hakan Tekin əlavə edib: Tarix göstərir ki, terrorizmə söykənən kəslərin özləri onun qurbanı olurlar.

Türkiyənin Tehrandakı səfiri həmçinin əla Tehran-Ankara əlaqələrindən razılıq edərək, ikitərəfli həmkarlığın genişləndirilməsi vacibliyini vurğulayıb.

Hoseyn Əmirəbdollahiyan da bu görüşdə iki ölkə əlaqələrinin önəminə toxunaraq, müxtəlif səviyyələrdə iki ölkə arasındakı münasibətləri pozitiv dəyərləndirib.

Əmirəbdollahiyan həmçinin region ölkələri arasında ixtilafın yaradılması siyasətini ABŞ-ın və sionist rejimin planlarından adlandırıb.

Ərəbistanın qeyri-konstruktiv mövqeyinə işarə edən Əmirəbdollahiyan bildirib: Beynəlxalq hadisələr prosesi göstərir ki, Ağ Ev-in rəftarı aradan qaldırılasıdır.

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlr üzrə xüsusi köməkçisi Yəmən xüsusiyyət təşkil etməklə regiondakı qarşıdurmaların həllində İranın strateji siyasəti kimi siyasi həll yoluna təkid edib.

Teqlər