Türkiyə parlamenti bu ölkə ordusunun İraq və Suriyadakı əməliyyatlarını uzadıb
https://azeri.sahartv.ir/news/türkiyə-i324544-türkiyə_parlamenti_bu_ölkə_ordusunun_İraq_və_suriyadakı_əməliyyatlarını_uzadıb
Türkiyə parlamenti dünən bu ölkə ordusunun İraq və Suriyadakı əməliyyatlarını daha bir il müddətinə uzadıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2018 09:45 Asia/Baku
  • Türkiyə parlamenti bu ölkə ordusunun İraq və Suriyadakı əməliyyatlarını uzadıb

Türkiyə parlamenti dünən bu ölkə ordusunun İraq və Suriyadakı əməliyyatlarını daha bir il müddətinə uzadıb.

Türkiyə hökuməti bundan öncə parlamentə bir layihə təqdim edərək, bu ölkə ordusunun İraq və Suriyadakı əməliyyatlarının daha bir il müddətinə uzadılmasını istəmişdi.

Türkiyə ordusu keçən iki il ərzində bu ölkə parlamentinin ona verdiyi ixtiyara görə, bu ölkə ərazisindən dörd min kvadrat kilometrdən çoxunu öz nəzarəti altına alıbdır.

Türkiyə ordusu həmçinin PKK ünsürlərilə mübarizə hədəfilə təqribən altı ay bundan öncədən İraqın şimalında geniş hərbi əməliyyata başlayıbdır.

Suriya və İraq hökumətləri indiyədək dəfələrlə Türkiyənin onların ölkələrindəki hərbi əməliyyatlarını qəsbkarcasına bir hərəkət və öz suverenliklərinin pozulması kimi dəyərləndirərək, pisləyiblər.