Türkiyə prezidenti ABŞ-ın ikili siyasətini qınayıb
Okt 06, 2018 09:32 Asia/Baku
-
Türkiyə prezidenti ABŞ-ın ikili siyasətini qınayıb
Türkiyə prezidenti Amerikanın regiondakı ikili siyasətini qınayaraq deyib: Amerika Suriyadakı terrorçulara silah göndərir.
İRİB-in verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan TRT-yə eksklüziv müsahibəsində deyib: Amerika terrorçulara silah göndərməklə Suriya böhranının siyasi həllinə mane olub.
Türkiyə prezidenti Suriya böhranının hərbi həll yolunun olmadığını bildirərək deyib: Ankara Amerikanın iqtisadi müharibəsi qarşısında heçvaxt təslim olmayacaq və öz müqavimətini davam etdirəcək.
Ərdoğan deyib: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası dünyada ədaləti bərqərar edə bilməyib ona görə ki, bu şuranın 5 daimi üzvündən biri Amerikadır və o bir çox hallarda veto haqqından istifadə edir və haqlı qərarların hamısını pozur.