İstanbulda Səudiyyə konsulluğu qarşısında aksiya
Okt 06, 2018 16:20 Asia/Baku
-
İstanbulda Səudiyyə konsulluğu qarşısında aksiya
Türkiyənin İstanbul şəhərində Səudiyyə Ərəbistanının konsulluq binası qarşısında oturaq aksiya keçirənlər müxalif jurnalist Camal Xaşeqcinin azad edilməsini istəyiblər.
Ali-Səur rejimini tənqid edən səudiyyəli jurnalist Camal Xaşeqci Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olandan sonra yoxa çıxıb.
Əl-Minar telekanalı bildirib ki, aksiya Türkiyədə ərəb mediya fəalları evi tərəfindən təşkil olunub. Aksiyaçılar Camal Xaşeqcinin həyatının təhlükədə olmasına görə nigarandırlar və Səudiyyə rəsmilərinin bu barədəki bəyanatlarının arxayınlıq yaratmadığını bildiriblər.