Dek 10, 2018 19:12 Asia/Baku
  • Ərdoğan insan haqları müdafiəçilərinin Fransa polisinin zorakılıqları qarşısındakı sükutunu qınadı
    Ərdoğan insan haqları müdafiəçilərinin Fransa polisinin zorakılıqları qarşısındakı sükutunu qınadı

Türkiyə prezidenti insan haqları müdafiəçilərinin son Paris olaylarına göz yummalarını kəskin formada qınayıb.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyiib Ərdoğan bazar ertəsi günü beynəlxalq insan haqları günü münasibətilə "İnsanlıq Sivilizasiyası" adlı proqramda insan haqları iddiaçılarının ikili standart yanaşmalarını tənqid edib  və deyib: Onlar bu gün Fransa polisinin kapitalizm quruluşuna etiraz edən aksiya iştirakçılarına qarşı zorakılıqlarına göz yumublar. 

Türkiyə prezidenti Qərb mediaları və bəzi insan haqları müdafiəçilərinin 2013-cü ildə İstanbulda yaşanan "Gəzi" olaylarını şişirtməsini tənqid edərək, deyib: İndi, onların Fransa polisinin zorakılıqları qarşısında sükut etmələri təəccüb doğurur. 

Fransada 17 noyabrda yanacağa əlavə verginin tətbiq edilməsiə etiraz ilə  başlanan kapitalizm quruluşuna qarşı xalq etirazları hazırda Fransa hökumətinin bütün iqtisadi siyasətlərinə qarşı yönəlib. Fransada başlanan bu etirazlar "Sarı gödəkçəlilər" adı ilə məşhurlaşıb. 

Teqlər