Dek 13, 2018 19:50 Asia/Baku
  • Türkiyədə qatar qəzasında ölənlərin sayı 9 nəfərə çatıb

Türkiyədə sürət qatarının qəzaya uğraması nəticəsində həlak olanların sayı artıb.

İRİB-nin verdiyi məlumata görə, Türkiyənin rabitə naziri deyib: Cümə axşamı Ankara-Konya sürət qatarının qəzaya uğraması nəticəsində 6 sərnişin və 3 dəmir  yolu işçisi həyatını itirib, 48 nəfər isə xəsarət alıb.

Ankara valiliyi bundan öncə hadisə nəticəsində ölənlərin sayını 4 nəfər, yaralıların sayını isə 43 nəfər elan etmişdi.

Bu məlumata görə. Türkiyə polisi Ankara prokurorluğunun göstərişi əsasında 3 dəmir yolu işçisini həbs edib. Bu üç nəfər vəzifə borcunu düzgün yerinə yetirməməkdə və qəzanın baş verməsinə şəraitin  yaranmasında ittiham olunurlar.

Ankaradan Koniya istiqamətində hərəkət edən sürət qatarı bu gün səhər Marşandiz stansiyasından yola düşdükdən 6 dəqiqə sonra, dəmir yolu relslərinin yoxlanılması ilə məşğul olan bir lokomotiv ilə toqquşub. Nəticədə qatarın üç vaqonu relslərdən çıxaraq, aşıb.

Teqlər