Dek 26, 2018 12:57 Asia/Baku
  • Çavuşoğlu ərəb ölkələrinin Yəmənlə bağlı mövqeyini qınadı
    Çavuşoğlu ərəb ölkələrinin Yəmənlə bağlı mövqeyini qınadı

Türkiyənin xarici işlər naziri bəzi ərəb ölkələrinin Yəmən xalqına qarşı müharibəyə əsaslanan mövqeyini tənqid edib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə axşamı deyib: Fars körfəzi ətrafında yerləşən bəzi ərəb ölkələrinin ötən 5 ildə Yəmən qarşısında yürütdükləri siyasət yanlışdır.

Çavuşoğlu əlavə edib: Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin Yəmənə qarşı savaşı bu ölkədə dəhşətli və narahatlıq doğuran nəticələrə səbəb olub. Minlərlə yəmənli uşaq və qadın bombarmdanlarda həyatını itirib. Çoxlu sayda insan isə aclıq və xəstəlik üzündən həyatını itirib.

Çavuşoğlu eyni zamanda İslam Əməkdaşlıq Təşkilatından Yəmən böhranını araşdırması üçün dərhal təcili iclas keçirməsini və Yəməndə qırğınları durdurması üçün 10 yanvar 2019-cu il tarixində fövqəladə iclas keçirməsini istəyib.

Ərəbistan ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə 2015-ci ilin martından Yəmənə qarşı müharibəyə başlayıb və bu ölkəni mühasirədə saxlayaraq ölkəyə humanitar yardımların gətirilməsinə icazə vermir. Yəmən müharibə nəticəsində demək olar ki, tamamilə viran edilib, ölkə aclıq və humanitar fəlakət ilə üzləşib.

Teqlər