Okt 24, 2019 09:16 Asia/Baku
  • ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ləğv olunub
    ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ləğv olunub

Ameirkanın Maliyyə Nazirliyi Türkiyəyə qarşı sanksiyaların ləğv edildiyini elan edib.

ABŞ Maliyyə Nazirliyi çərşənbə günü, Suriyanın şimalına qarşı hərbi hücumu ilə əlaqədar olaraq Türkiyəyə qarşı tətbiq edilmiş sanksiyaların ləğv edildiyini bildirib.

Bununla əlaqədar, ABŞ Maliyyə Nazirliyi, Türkiyənin nazirləri və yüksək vəzifəli şəxslərinə qarşı tətbiq olunan sanksiyaları sürətlə ləğv etdiyini qeyd edib.

Amerika Maliyyə Nazirliyi, Türkiyənin Suriyanın şimal-şərqindəki hərbi əməliyyatlarının dayandırılmasından sonra sanksiyaların ləğv edildiyini bildirib.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasından əvvəl Amerika prezidenti Donald Tramp da ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarının ləğv olunması haqda göstəriş vermişdi.

ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların ləğvi elə bir şəraitdə həyata keçirilir ki, Türkiyə ordusu aprelin 9-da Trampın bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanla telefon söhbətindən sonra Suriyanın şimalına hücum etmişdi.

 

Teqlər