Ərdoğan Liviya hadisələrinə müdaxiləyə görə, bəzi ölkələri ittiham edib
-
Ərdoğan Liviya hadisələrinə müdaxiləyə görə, bəzi ölkələri ittiham edib
Rəcəb Tayyıb Ərdoğan Misir, əmirliklər, Fransa, İtaliya və Rusiyanı Liviya hadisələrinə qarışmaqda ittiham edib.
“Türkiyə Liviya hadisələrinə tamaşaçı ola bilməz” deyən Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan deyib: Liviya və Suriyadakı rolumuzu keçmişdəki kimi davam etdirəcəyik.
Türkiyə prezidenti bildirib ki, Ankara Rusiyadan müdafiə sistemləri almağa və bir təbii qaz boru kəmərinə görə, Amerikanın bu ölkəyə ehtimal olunan sanksiyalarının əvəzini çıxacaq.–
Ərdoğan Türkiyəyə qarşı müxtəlif sanksiyalar barədəki sualın cavabında bir daha deyib: S-400 razılaşması bu yaxınlarda təkmilləşdi.
O, sonra deyib: İndi onlar deyirlər ki, “Türk Strim” qaz boru kəmərinə görə, sanksiyalar tətbiq edəcəklər. Bu, tam mənada bizim hüquqlarımızın pozulması deməkdir. Əlbəttə ki, biz də bütün bunlara qarşı öz sanksiyalarımızı tətbiq edəcəyik.
Rəcəb Tayyıb Ərdoğan sonra Pakistanın Kuala-Lumpur iclasında iştirak etməməsinə toxunub: Ərəbistan Pakistanı hədələyib bildirmişdi ki, əgər Malayziya iclasında iştirak edərsə, 4 milyon pakistanlı fəhləni işdən çıxaracaqdır.