Türkiyədə pandemiya qurbanlarının sayı 4 000-i ötdü
https://azeri.sahartv.ir/news/türkiyə-i361781-türkiyədə_pandemiya_qurbanlarının_sayı_4_000_i_ötdü
Türkiyədə 1 635 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 144 749 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2020 16:06 Asia/Baku
  • Türkiyədə pandemiya qurbanlarının sayı 4 000-i ötdü

Türkiyədə 1 635 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 144 749 nəfərə çatıb.

Türkiyədə son 24 saat ərzində daha 55 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

SəhərAzəri-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 007 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 635 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 144 749 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 104 030 nəfər təşkil edir.