May 16, 2020 22:05 Asia/Baku
  • Türkiyə İsrail vandallığına qarşı birləşməyə çağırıb

Türkiyə Prezident Administrasiyasının sözçüsü sionist rejimin təsis olunmasının 72-ci ildönümü günü olan " Nəhs gün" münasibəti ilə bir bəyanatda rəsmi Ankaranın Fələstin xalqına dəstəyini vurğulayıb.

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın öz bəyanatında Fələstin xalqının varlığını nəzərə almadan, Qüdsü peşkəş edən hər hansı bir həll yolunun qanuni əsaslara malik olmadığını bildirərək deyib: Bu planın kimlər tərəfindən təqdim olunduğu yaxud dəstəklənməsinin də heç bir əhəmiyyəti yoxdur. 

İ.Kalın Türkiyənin daima Fələstin xalqına dəstəyini davam etdirəcəyini bildirərək deyib: Qüdsün hüquqi, dini və tarixi statusunun dəyişdirilməsi məqsədi ilə həyata keçən hər hansı təşəbbüs odla oynamaqdır. 

Kalın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana istinadla Qüdsün Türkiyənin qırmızı xətti olduğunu vurğulayıb. 

Türkiyə Prezident Administrasiyasının sözçüsü bütün ədalətli və vicdanlı insanları İsrailin modern vandalizminə qarşı birlşməyə çağırıb. 

Teqlər