Türkiyədə korona statistikası: Ölü sayında artım davam edir
https://azeri.sahartv.ir/news/türkiyə-i362345-türkiyədə_korona_statistikası_Ölü_sayında_artım_davam_edir
Türkiyədə son sutka ərzində koronavirusdan daha 34 nəfər dünyasını dəyişib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2020 17:26 Asia/Baku
  • Türkiyədə korona statistikası: Ölü sayında artım davam edir

Türkiyədə son sutka ərzində koronavirusdan daha 34 nəfər dünyasını dəyişib.

SəhərAzəri Trend-ə istinadla verdiyi məlumata görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 431 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 035 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 159 797 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 286 nəfər olmaqla 122 793 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 21 043 test aparılıb.