Türkiyədə koronavirus qurbanlarının sayı 4 700 nəfəri ötdü
https://azeri.sahartv.ir/news/türkiyə-i362900-türkiyədə_koronavirus_qurbanlarının_sayı_4_700_nəfəri_ötdü
Bu gün Türkiyədə koronavirusdan 19 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2020 16:50 Asia/Baku
  • Türkiyədə koronavirus qurbanlarının sayı 4 700 nəfəri ötdü

Bu gün Türkiyədə koronavirusdan 19 nəfər ölüb.

SaharAzeri  xəbər verir, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4 711 nəfərə çatıb.

Son sutkada ölkədə COVID-19-a 989 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin ümumi sayı 171 121 nəfər təşkil edir.

Gün ərzində 3 411 nəfər təhlükəli virusdan sağalıb. Bununla da xəstəlikdən sağalanların ümumi sayı 141 380 nəfərə yüksəlib.