Ərdoğan: "Türkiyənin Liviyada mövcudluğu davam edəcək"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin iclasında bir daha ölkəsinin Liviyada hərbi mövcudluğunu davam etdirəcəyini vurğulayıb.
SaharAzeri Anadolu Xəbər Agentliyinə istinadla xəbər verir, hər zaman Liviyanın Milli Birlik hökumətinə bütün hərbi və mülki sahələrdə davamlı dəstəyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: "Türkiyə həmişə öz liviyalı qardaşlarının kənarında olacaq".
Türkiyə prezidenti Liviyanın Milli Birlik Hökumətinin beynəlxalq legitimliyə sahib olduğunu bildirərək, Xəlifə Həftərin rəhbərlik etdiyi "Liviya Milli Ordusu" adı ilə tanınan qüvvələri çevrilişçi və yenilmiş adlandırıb.
Ərdoğan sözünün davamında iddia edib ki, Türkiyənin Liviya və ya istənilən ölkənin torpağından bir qarışını belə işğal etmək ambisiyası yoxdur. Lakin Xəlifə Həftəri dəstəkləyən ölkələr Liviya nefti və resurslarını ələ keçirməkdən başqa heç bir məqsəd güdmürlər.
Ciddi şəkildə Liviya işinə daxil olan Türkiyə, bundan əvvəl bu hərbi müdaxilədən məqsədin yalnız bu ölkədə atəşkəsin bərqərar edilməsi olduğu elan etmişdi.