Türk hərbi təyyarələri İraqın şimalına hücum etdi
Türkiyənin Müdafiə Nazirliyi, İraqın şimalında yaraqlı qruplara (PKK) qarşı hava əməliyyatlarına başladığını açıqlayıb.
SəhərAzəri xəbər verir, Türk ordusunun bir neçə F-16 döyüşçüsü bazar ertəsi səhər İraqın şimalındakı Mahmur və Sənjar bölgələrini bombalayıblar.
Bəzi xəbər mənbələri bildirir ki Türkiyə ordusunun 31 ədəd F-16 qırıcı təyyarəsi "Qartalın Pəncəsi" adlandırılan bu əməliyyatda iştirak edib.
Bu barədə Əl-Ərəbiyə Xəbər Şəbəkəsi məlumat yayıb Türk qırıcıları, Mosul əyalətinin qərbindəki Sənjar və Mahmur dağlarında PKK-ya bağlı yaraqlıların mövqelərinə 20 bomba atıb.
Sosial mediada bəzi kürd istifadəçiləri Türk hərbi təyyarələrin bombardman əməliyyatı ilə bağlı sujetlər yayıblar.
Türk hərbi döyüşçüləri keçən həftə də İraqın şimalındakı PKK mövqelərinə bir neçə dəfə hücum etdib. Turkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə bu hücumlarda PPK-nın yaraqlılarından ən az səkkiz nəfəri məhv öldü.
PKK 30 ildən çoxdur ki, Türkiyənin mərkəzi hökumətinə qarşı hərbi mübarizə aparır və Ankara son illərdə həmin qruplaşma yaraqlılarının İraqın sərhəd bölgələrində olmasını əsas götürərək hərbi əməliyyatlara başlayıb. Türkiyə PKK-nı terrorçu bir qrup hesab edir.