Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i363252-türkiyədə_koronavirusdan_daha_18_nəfər_ölüb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 18 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2020 17:14 Asia/Baku
  • Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 18 nəfər ölüb.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşım edib.

Nazir qeyd edib ki, son 24 saatda 42 032 şübhəli koronavirus testindən keçib, onlardan 1592-nin cavabı pozitiv çıxıb. Bu gün daha 947 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4825 nəfər ölüb, 179 831 nəfər bu infeksiyaya yoluxub, 152 364 nəfəri isə müalicə olunub. Nazir infeksiyaya yoluxanların sağalan xəstə sayını keçməsindən narahatlığını ifadə edib.