Türkiyədə COVID-19-a yoluxanların sayı 186,5 minə çatır
https://azeri.sahartv.ir/news/türkiyə-i363493-türkiyədə_covid_19_a_yoluxanların_sayı_186_5_minə_çatır
Bu gün Türkiyədə daha 22 nəfər koronavirusdan ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2020 18:19 Asia/Baku
  • Türkiyədə COVID-19-a yoluxanların sayı 186,5 minə çatır

Bu gün Türkiyədə daha 22 nəfər koronavirusdan ölüb.

SəhərAzəri Report-a istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 927 nəfərə çatıb.

Son bir gündə Türkiyədə koronavirusa daha 1 248 yoluxma qeydə alınıb. Hazırda koronavirus xəstələrinin ümumi sayı 186 493 nəfərdir.  

Nazir bildirib ki, son sutkada 1 312 koronavirus xəstəsi sağalıb. Beləliklə, ölkədə koronavirusdan sağalanların ümumi sayı 158 828 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.