Türkiyədə son sutkada koronavirusdan sağalanların sayı sutkalıq yoluxmadan çox olub
İyun 21, 2020 22:09 Asia/Baku
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 23 nəfər ölüb.
SəhərAzəri APA-ya istinadla xəbər verir, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 40 496 şübhəli koronavirus testindən keçib, onlardan 1192-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1412 xəstə sağalıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4950 nəfər ölüb, 187 685 nəfər bu infeksiyaya yoluxub, 160 240 nəfər isə müalicə olunub. Fəxrəddin Qoca bildirib ki, bu gün sağalan xəstə sayı gündəlik yoluxma sayından 220 nəfər çox olub.